E-mail: [email protected]
Toyuq əti ilə bağlı standart qəbul edildi
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartı qəbul edib.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.
Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.