avq
2024
22:37
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

GORANBOY RİH-də QARŞIDURMA – Daha bir vəzifəli şəxs istefa verdi

5 avq, 2024
22:37
955

Goranboy Rayon İcra Hakimiyyətində daha bir məsul şəxs istefa verib. İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefasından sonra Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov da anoloji addım atıb.
Nicat Məmmədov
Məlumata görə, Ş.Həsənovla N.Məmmədov yaxın dost olublar. Ş.Həsənovun istefasından sonra rayon icra başçısı Məhərrəm Quliyev N.Məmmədovun ərizəsinin üstünü yazaraq, onu da işdən azad edib.


Seymur Nazarov
Məsələ ilə bağlı N.Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, başçının birinci müavini Seymur Nazarovla aralarında baş verən narazılıq, onun işinə mane olması səbəbindən bu addımı atmağa məcbur olub: “Mən başçıya məlumat verdim. Ərizə yazanda bildirmişdim ki, mənə qarşı haqsız, ədalətsiz münasibət göstərildiyi üçün vəzifə səlahiyyətlərimi faktiki olaraq yerinə yetirə bilmirəm, xahiş edirəm, tutduğum vəzifədən azad edin. Mənə işləməyə imkan vermirdi. Bu adamın səriştəsizliyi, öz işindən başqa bütün məsələlərə müdaxilə etməsi orada çalışmağımı mümkünsüz etdi. Mən başçıya bu barədə dəfələrlə bildirdim, amma o, heç bir tədbir görmədi”.

N.Məmmədov işdən çıxmağı barədə özü ərizə versə də, işdən azad edilməsinin qanunsuz olduğunu bildirib: “Mən ərizə yazdım, amma başçı təsdiqləmədi. Həmin vaxt stress keçirdim, halım pisləşdi, təcili yardım gəldi və mən bülletənə çıxıb müalicəyə başladım. Başçı mən bülletendə olduğum vaxt işdən çıxarılmağım barədə əmr verib. Bu, qanunsuzdur”
.N.Məmmədov hüquqlarını bərpa etmək üçün ona haqsızlıq edən şəxslərə qarşı mübarizə aparacağını bildirib: “Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşüb Goranboy İH-də nələrin baş verdiyini ona şəxsən söyləyəcəyəm. Ondan sonra da mənim haqqımı tapdalayan adamlara qarşı mübarizəyə başlayacağam”.
N.Məmmədov bir neçə gün əvvəl istefa verən Ş.Həsənovla dost olduğunu təsdiqləyib: “Bəli, yaxın dostuq. Bir yerdə oxumuşuq”.
Sayt məsələ ilə bağlı qarşı tərəf – S.Nazarovla əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb. O, iş telefonunu götürmür, mobil nömrəsi isə bağlıdır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın