E-mail: [email protected]
Masallıda Daşınmaz əmlakı daşıtdıran məmurlar - VİDEO+FOTOLAR
Metbuat.info xəbər portalına etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masalıı meşəbəyliyinin 24 saylı meşə dolayı və onunla həmsərhəd olan Hüseynhacılı kənd ərazisində olan bələdiyyə torpaqları qazılıb satılır.
Qazılan torpaqların bir hissəsi Masallı rayon Seybətin ərazisində yerləşən Fəxrəddin adlı sahibkara məxsus olan "kərpic" zavoduna daşınır.
Mənbənin bildirdiyinə görə, sözügedən "kərpic" zavodda çalışan işçilər qeyri-qanuni yolla qeydiyyata alınmadan çalışır, orada heç bir təhlükəsizlik qaydalarına riayət olunmur.
Mənbə qeyd edir ki, sözügedən "kərpic" zavoda torpağlar ekologiya işçiləri ilə əvvəlcədən danışılıb, razılaşıb daşınır. Həmin "kərpic" zavoda araşdırma aparmaq və ya çəkiliş üçün daxil olmaq istəyən jurnalistlərə bir başa Masallı rayon Icra Hakimiyyəti maneə olur.
P.S. Biz buradan xahiş edirik Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurolluq, Fövqaladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi və Iqtisadiyyat Nazirliyi sözügedən yeri nəzarət götürüb orada qanuna müvafiq şəkildə yoxlama keçirdib, bu barədə bizə də məlumat versinlər.
Qarşı tərəfi dinləməyə hazırıq.