avq
2024
12:02
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

FHN hava ilə bağlı müraciət etdi

7 avq, 2024
12:02
347

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Turkdunyasi.az həmin açıqlamanı təqdim edir. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Bizimlə əlaqə saxlayın