avq
2024
13:35
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi

7 avq, 2024
13:35
453

Bakı şəhərinin bir sıra rayonlarında bəzi şəxslərin özlərini Səhiyyə Nazirliyinin “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi”nin əməkdaşları kimi təqdim edərək yoxlamalar aparması kimi neqativ hallar aşkarlanıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Belə ki, həmin şəxslər bu yolla sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri də irəli sürüblər. 

Bildirilib ki, Səhiyyə Nazirliyinin tabeliyində “Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi” adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir.
Ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 2 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. 
Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər: “Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.

Bizimlə əlaqə saxlayın