E-mail: [email protected]
Cəbrayıla köç nə vaxt başlanacaq
Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək.
Turkdunyasi.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, 5 qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub: “2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcəklər. Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı. Ümid edirik ki, növbəti ildə Cəbrayıl könüllüləri qrupu da fəaliyyətə başlayacaq və biz gənclərimizin işğaldan azad olunmuş ərazilərdə daha fəal daha hərəkətverici qüvvə olaraq iştirakını görəcəyik”