16 
avq
2024
10:59
74

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Qafqazinfo” 14 ili geridə qoydu!

16 avq, 2024
10:59
674

Turkdunyasi.az xəbər verir ki, bu gün “Qafqazinfo” xəbər portalının yaranmasından 14 il ötür. 16 avqust 2010-cu ildə kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda 30-dan çox rəsmi əməkdaşı var. Bundan başqa, regionda baş verən hadisələri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub. 
24 saat fasiləsiz yenilənən saytda Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur.
Ən çox oxunan və etimad edilən xəbər mənbələrindən biri olan “Qafqazinfo” oxuculara istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. 
Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktivdir. 
İnstagramda yarım milyondan çox, Feysbukda 201 min, Telegramda 26 min, TikTok-da isə 86 mindən çox izləyici xəbərləri sözügedən platformadakı hesablarımızdan əldə edir. Bir ildir ki, İnstagram və feysbuk hesablarımız rəsmi olaraq təsdiqlənib.
Xəbərlərin daha əlçatan olması üçün portalın eyni zamanda İOS və android tipli telefonlar üçün mobil tətbiqi fəaliyyət göstərir.
Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. 
14 ildir bizimlə birgə yol gələn, “Qafqazinfo”nu seçən hər bir oxucumuza etimada görə təşəkkür edir, bundan sonra da inamı doğrultmaq üçün çalışacağımızı bildiririk! Bizdə Turkdunyasi.az informasiya portalının bütün yaradıcı heyyəti adından dəyərli həmkarlarımıza bu çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.

Bizimlə əlaqə saxlayın