25 
apr
2022
19:43
124

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda iki polis idarəsi ləğv edildi

25 apr, 2022
19:43
9124

Azərbaycanda iki polis idarəsi ləğv edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) bazasında 1-ci Polis Şöbəsi (PŞ), Kəpəz RPİ-nin bazasında 2-ci polis şöbəsi yaradılıb.
Hazırda Gəncə ŞBPİ-nin tabeçiliyində 1-ci və 2-ci polis şöbələri və 3-cü və 4-cü polis bölmələrinin fəaliyyəti təşkil olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bizimlə əlaqə saxlayın