E-mail: [email protected]
Pozuntularla bağlı MSK-ya 9 dairədən müraciət edilib - Qərar VERİLDİ
Mərkəzi Seçki Komissiyasında (MSK) sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində pozuntu iddiaları ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.
Turkdunyasi.az-ın məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova deyib.
86 saylı Ağcabədi, 97 saylı Tərtər-Ağdam-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci,120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olan şikayətlər müzakirə edilib.
MSK daxil olmuş müraciətlərə baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul edib.
“Şikayətlərin aidiyyatı üzrə daxil olmasını gözləyirik, MSK bundan sonra araşdırmalara başlayacaq. Lakin şikayətlər 3 gün müddətinə verilməlidir. On müraciətdən doqquz şikayəti MSK-ya göndərməklə səhv ediblər. Çünki şikayətlər dairələrə göndərilməlidir. Daxil olan şikayətləri məcbur qalıb biz dairələrə yönləndirdik. Araşdırmanı isə kim izləmək istəyirsə, proseslərdə iştirak edə bilər. Araşdırmalarımız sərbəstdir”, - deyə MSK sədri Məzahir Pənahov qeyd edib.