6 
sen
2024
11:16
36
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Faktiki hava: bu ərazilərə yağış yağıb
6 sen, 2024
11:16
436
Sentyabrın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.
Turkdunyasi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.
Şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.