11 
sen
2024
14:30
37

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Leysan yağacaq, dolu düşəcək-HAVA PROQNOZU

11 sen, 2024
14:30
437

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəçəcəyi gözlənilir.
Turkdunyasi.az xəbər verir ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq. 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Bizimlə əlaqə saxlayın