E-mail: [email protected]
İsmayıllıda icra başçısı Nahid Bağırov polislərlə birlikdə vətəndaşın evinə gedərək onu hədələdi/VİDEO
"RİATV."az xəbər verir ki, İsmayıllı Rayon sakini Elşən Səfərəliyev saytımızın "WhatsApp" nömrəsinə müraciət edərək bildirib ki,icra başçısı Nahid Bağırov polislərlə evinə gəlib.
Əvvəlcə elə bildim ki, problemlərlə bağlı gəlib.
Sonra başçı məni hədələdi və bildirdi ki,sənə qanunsuz ev tikdiyin üçün cinayət işi açdırmışam əgər bu evi sökməsən səni həbs elətdirəcəm.
Mən bu evi 10 ildir ki, övladlarımın çörəyindən kəsib tikmişəm və tikinti işləri üçün Talıstan bələdiyyə sədri Şaiq müəllimə pul vermişəm.
Bəs onda niyə mənə demədilər ki,bura örüş yeridir və burada ev tikmək olmaz? Eyni zamanda 10 ildir ki, mən bu ərazidə ev tikirəm bəs onda başçı hardaydı? Məgər başçının xəbəri yoxuydu? Əgər bura qanunsuzdursa onda bələdiyyə sədri buranı niyə mənə satırdı? Əgər bura qanunsuzdursa onda bəs bu qədər qonşular necə onların ki, qanunidir? Yoxsa tək mınim evim örüş yeridir? Suallar çoxdur amma cavabı yoxdur. Əgər ərazi qanunsuzdursa yeni tikinti aparılan zaman mənə deyərdilər məndə tikintini saxlayardım. yoxsa mən balalarımın boğazından kəsib min bir əziyyətlə tikdiyim evi indi sökdürmək istəyir. bu çox böyük haqqsızlıqdır, ədalətsizlikdir.
Mən dövlət başçısına müraciət edərək kömək istəyəirm, bütün KİV vasitələrinə müraciət edərək bu haqsızlığı ictimailəşdirəcəm. deyə Elşən Səfərəliyev qeyd edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.