19 
dek
2024
11:54
47

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fərid Vəliyevə yüksək vəzifə verildi - Foto

19 dek, 2024
11:54
847

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin olunub.
Turkdunyasi.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Fərid Əzizağa oğlu Vəliyev təyinat alıb.
Xatırladaq ki, F.Vəliyev 1983-cü ildə anadan olub. O, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, iqtisadi fəaliyyətin riyazi və informasiya təminatı ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində elektron hökumət, İstanbul Texniki Universitetində rəqəmsal transformasiya sahəsində idarəetmə istiqamətləri üzrə sertifikat proqramlarını keçib.
F.Vəliyev Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ildən isə Prezident Administrasiyasında çalışır.

Bizimlə əlaqə saxlayın