yan
2025
23:28
46

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kəlbəcər rayon 95 nömrəli məktəbin direktorunun oyunları

8 yan, 2025
23:28
646

Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən
Kamil bir palançı olsa da insan
Yaxşıdır yarımçıq papaqçılıqdan.
(Nizami Gəncəvi)

Hər hansı bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə, onun təhsilinə nəzər yetirin. Həmin ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşakar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir.
Amma bu sözlərin heç biri Kəlbəcər rayon 95 nömrəli məktəbinə şamil deyil.
Kəlbəcər rayon 95 nömrəli məktəbin direktoru Səxavət Camalov direktoru olduğu məktəbdə öz başınalıq baş alıb gedir.Məktəbdə şagirddən çox texnixi işçilər var. Onlardan ocaqçı, xadiməçi, bağı olmayıb ancaq bağban ştatı və.s
Hətda bir evdən 3-4nəfər II qrup əlilər məktəbdən maaş alırlar.
Bir neçə dənə müəllim var ki,işə gəlmədən əmək haqqı alırlar.

Bizdə olan məlumata görə müəllimlərdən 3000-4000 manat pul alıb müəllimləri sertifikasiya imtahanından keçiriblər.Bu müəllimlərin siyahısı əlimizdədir.
Onuda qeyd edim ki,möhtərəm cənab Prezidentimiz dəfələrlə öz çıxışında qeyd edib ki,büdcəmizin talan olunması faktları bəzi məmurlar tərəfindən həyata keçirilir.Bu faktları biz öz jurnalistka peşəmizə uyğun olaraq adiyyatı qurumlara çatdırmağımızı özümüzə borc bilirik çünki,biz müharibədən təzə çıxmış ölkəyik hal-hazırda Qarabağda məcburi köçkünlərin köçürülmə siyasəti həyata keçirilir.Büdcəmizi bu cürə dolayı yollarla talan olunmasına göz yuma bilmərik.
Hörmətli Təhsil Naziri cənab Emin Əmrullayev və mətbuat şöbəsinin müdiri Bəşarət müəllim və Şərqi-Zəngəzur Regionalnı Təhsil şöbəsinin müdiri Fuad Bədəlov cənabları Kəlbəcər rayon 95 nömrəli məktəbin direktoru Səxavət Camalov hər yerdə bildirir ki, Kəlbəcər rayon məktəbləri təhsil şöbələrinə deyil , Kəlbəcər rayon İcra Hakimiyyətinə tabedir.
Burdan sual doğur??
Nə üçün bütün rayon şəhər məktəbləri hər biri Regionalnı Təhsil şöbəsinə tabedir ancaq Kəlbəcər rayonu deyil??
Bir qazi qızı kimi bir sayt rəhbəri kimi müraciət edirəm Azərbaycan Respublikasının Baş Prokroru Kamran Əliyev cənablarına bu məktəblə bağlı hüquqi ölçü götürülsün.Məktəbdə maliyyə soyğunçuluğuna son qoyulsun.
Qarşı: tərəfin fikirlərinə dərc etməyə hazırıq.
Mənbə: Azerbaycanxeberleritv.az

Bizimlə əlaqə saxlayın