10 
yan
2025
14:12
65

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İcra başçısı sakinlərlə görüşdə sakinlərin həyatını heçə saydı - Foto

10 yan, 2025
14:12
865

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yanvarın 8-də Piran kəndində Piran və Zərigüməco kəndlərinin sakinlərinin iştirakı ilə səyyar qəbul keçirib.
Turkdunyasi.az Hurriyyet.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən qəbul zamanı çəkilmiş fotolar müzakirələrə səbəb olub.
Belə ki, fotolarda qəbulun keçirildiyi zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə. Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. İcra başçısının keçirdiyi görüş zalında istiliyin olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub.
Maraqlıdır ki, qəbulda iştirak üçün gələn vətəndaşların əksəriyyəti zalda gödəkçə ilə əyləşiblər. Qəbul zamanı sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli, yollarının təmiri kimi məsələlər dilə gətirilib.



facebook sharing button 



Bizimlə əlaqə saxlayın