11 
yan
2025
14:44
32

Tel:+99450 352 82 91
E-mail: [email protected]

MSK sədri: "Məntəqələrdə veb-kameralar quraşdırılacaq"

11 yan, 2025
14:44
432

"Bələdiyyə seçkisi ilə əlaqədar məntəqələrdə veb-kameralar quraşdırılacaq".
Turkdunyasi.az xəbər verir ki, bunu bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin veb-kameralar min məntəqəni əhatə edəcək:
"Veb-kameralar quraşdırılarkən məntəqələr elə seçilir ki, onlar Azərbaycan ərazisini əhatə etsin. Veb-kameralar məntəqə açılandan etibarən məntəqə üzvlərinin gördükləri işlər də daxil olmaqla bütün prosesi izləyir".
MSK sədri vurğulayıb ki seçkinin keçirilməsində əsas tələblərdən biri prosesin şəffaflıqdır:
"Ona görə də media nümayəndələri də seçkini sərbəst şəkildə izləyə biləcəklər".

Bizimlə əlaqə saxlayın