19 
yan
2025
12:02
30

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Faktiki hava: Bu ərazilərə qar yağdı

19 yan, 2025
12:02
930

Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub.
Turkdunyasi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir.
Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub.
Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb.
Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Bizimlə əlaqə saxlayın