20 
yan
2025
19:10

27
yuxarı
Xankəndi və Xocalıda 20 Yanvar şəhidləri yad edildi

20 yan, 2025
19:10
827
Azərbaycanın işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Turkdunyasi.az xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.
Eyni zamanda Xankəndi şəhəri və Xocalı rayonu ərazisində hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.