29 
yan
2025
20:46
50

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda 101 yaşlı seçici səsvermədə iştirak etdi

29 yan, 2025
20:46
850

101 yaşlı seçici bələdiyyə seçkisində səsvermədə iştirak edib.
Bu barədə Goranboy rayon 96 saylı seçki dairəsinin sədri Arif Abbasov Turkdunyasi.az-a məlumat verib. Onun sözlərinə görə bu gün 20 saylı seçki məntəqəsində 101 yaşlı seçici qeydiyyatda olduğu məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib. Bundan başqa A. Abbasov bildirib ki, 287 nəfərin isə ilk dəfə səs vermə hüququ yaranıb. Qeyd edək ki, Seçkilər 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, 685 bələdiyyə yeri üçün seçkilərində 8071 namizəd mübarizə aparıb.
Ümumilikdə bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.

Bizimlə əlaqə saxlayın