fev
2025
03:45
55

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Haqq nazilər amma üzülməz

6 fev, 2025
03:45
655


Hörmətli oxucularımız bir neçə gündür ki, bəzi dınnaq arası "Bloggerlər" Tərtər suvarma sistemləri idarəsinin rəisi Murad Zeynalova qarşı qərəzli, şəkildə şər-böhtan, qarayaxma kompaniyası aparırlar. Adama deyərlər ki, ölkəni bu qədər mətbuat orqanları, media nümayəndələri var bəs nə əcəb Murad Zeynalovla bağlı heç bir mətbuatda bir dənə də olsun neqativ yazı dərc olunmayır?  Yoxsa ölkə mətbuatı siz gördüyünüzü görmür? Məntiqlə belə nəticə hasil olur ki, Murad Zeynalova qarşı aparılan şər-böhtan kampaniyası ya məqsədli şəkildədi ya da ki, sifarişlidi, Paylaşılan videolardan da, açıq aydın görünür ki, həqiqəti əks etdirən heç bir fakt yoxdur. Hesab edirəm ki,  bu yerdə bir atalar sözünü xatırlatmaq tam yerinə düşər. Atalar demişkən "Milçək bir şey deyil sadəcə könül bulandırır" Ay könül bulandıran naqislər unutmayın ki, haqq nazilər amma üzülməz. Lakin  haqqı üzməyə çalışan bu zavallı, cahil Murad Zeynalova qarşı məqsədli şəkildə qarayaxan Murad Zeynalova zəng edərək onun gizli şəkildə səsini yazmaqla cinayətə qol qoymasını dərketməyib. Axı cahil adam hardan bilsin ki, gizli səs yazmaq və ya video çəkiliş aparmaq ölkən qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır. Bu sosial şəbəkə həşarətinin Murad Zeynalovla apardığı telefon danışığındanda açıq aydın olur ki, bu iki ayaqlı sürünənin məqsədi, şantajla yalnız Murad Zeynalovdan iş istəmək və pul qopartmaqdan başqa bir şey deyil. Əlbəttə ki, Murad müəllim istəsə bu zavallı, sosial şəbəkə ünsürünu qanunsuz hərəkətlər qol qoyduğuna yəni, gizli şəkildə səs yazmasına, şər-böhtan atmasına, eyni zamanda işgüzar nüfuza xələl gətirən hərəkətlərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verib cəzalandırar. Lakin Murad müəllim öz səviyyəsini gözləyərək bu və bunun kimi ünsürlərin boşboğazlığına, küçə təfəkkürünə, əhəmiyyət vermir. Çox biabırçı hal bundan ibarətdir ki, bu sosial şəbəkə "Qəhiramanları" Murad müəllim bardə etikləri paylaşımlarla bir daha özlərini ifşa etdirlər. Belə ki, sosial şəbəkə azğını Murad müəllimlə telefon danışığı zamanı öz şəxsi maraqlarını ortaya qoyaraq Murad müəllimdən iş və pul istəməsini açıq şəkildə dilə gətirir. Əlbəttə ki, Murad müəllimdə humanist və xeyirxah prinsiplərə söykənərək bu zavallı ünsürə köməklik edəcəyini ifadə edir. Lakin sosial şəbəkə ünsürü Murad müəllimin işlətdiyi fadələrinə özünə məxsus formada don geyindirərək Murad müəllim qarayaxmağa çalışır. Ay zavallı cahil unutma ki, cahil biri aqil birinə qarayaxa bilməz. Atalar demişkən "Sirkə nə qədər tünd olsa öz qabını çatladar" 

Müəllif: Mübariz Nağısoy

Bizimlə əlaqə saxlayın