28 
apr
2022
14:20
82

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Mədinə Məlik: “Mənim qızlarım telefon işlətmirdilər, indi elələri yoxdur...” - FOTO

28 apr, 2022
14:20
982

“Dırnaq uzatmaq günahdır, camaatın kişilərinə atlanıb-düşmək günah deyil?”
Bu sözləri “Kristal” qrupunun sabiq rəhbəri, prodüser, bu yaxınlarda müğənniliyə başlayan Mədinə Məlik Oxu.Az-a açıqlamasında deyib.
Mədinə Məlik oruc tutmağını reklam edən məşhurlardan gileylənib:
“Oruc tutmaq o demək deyil ki, ağzımı bağladım, yemədim və ac oturdum. Əgər oruc tutub, namaz qılırsansa, niyə bunu reklam edirsən?
Bu yaxında bir müğənni məndən soruşdu ki, “Necə belə uzun dırnaqla hərəkət edirsən? Mən namaz qılıram, ona görə də dırnaq saxlamaq olmaz mənə”. Dedim, “canım, dırnaq günahdır, amma səhnədə camaatın kişilərinə atlanıb-düşmək günah deyil?”
Qrup üzvləri ilə arasının yaxşı olduğunu vurğulayan Mədinə yeni qrup yaratsa, oraya yalnız balacaları cəlb edəcəyini bildirib:
“Bütün qrup üzvləri ilə aram yaxşıdır. Hətta vaxtı ilə məndən inciyən qızlar da deyirlər ki, “Mədinə xanım, yaxşı ki, bizi o vaxtlar sıxmısınız, yoxsa indi belə yaxşı olmazdıq”. Qaldı ki qrup yaratmağa, təkliflər çoxdur, ancaq mən istəyən kimi qızlar yoxdur. Mənim qızlarım telefon işlətmirdilər, mənim qızlarım “Instagram”da, “Facebook”da deyildilər. İndi elə qızlar yoxdur, qrup yaratsam, doqquz-on yaşlarında balaca qızları götürərəm”.



“Bu qədər sevənlərimin olacağını bilsəydim, çoxdan ifa edərdim” deyən ifaçı yalnız oğlunun istəyi ilə bu sənəti atacağını deyib: 
“Mən bilmirdim ki, bu qədər maraqlı olacam insanlara. Şou-biznesdə şou sözü yox idi, Mədinə var idi. Məni şou-biznesdən yalnız övladım uzaqlaşdıra bilər. Övladım, ola bilər ki, desin, “ana, mən istəmirəm, sən səhnədə ifa edəsən, restoranda çalışasan”. Mən deyərəm, baş üstə.
Oğlumu azad bir şəxsiyyət kimi böyütmüşəm. Heç vaxt heç kimin ayağına verməmişəm, kobud söz deməmişəm. Mən çox xoşbəxtəm ki, biz onunla dostuq. Hansı sahəni seçsə, mən onun yanındayam. O, biznesi, marketinqi seçdi.
Bir də evlənmək məsələsində zor tətbiq etmək lazım deyil. Mənim oğlum kimi sevib-seçsə, o mənim başımın tacıdır.
Mən uşağımı atasız, tək böyütmüşəm. O, ata nəvazişi görməyib, mənim sevgimi, mənim nəvazişimi görüb. Ancaq buna baxmayaraq, onu əsl kişi kimi yetişdirmişəm”.
Vaxtı ilə “Kristal” qrupunu yaradanda İradə İbrahimova ilə söhbətimdə demişdim ki, məni hamı tərifləyir. Dedi ki, “sən heç nəyə nail olmamısan. Səni pisləməyə başlayanda bil ki, ucalmısan”.  İllər keçdikcə gördüm ki, o pisləyir, bu pisləyir. O zaman bildim ki, artıq mən ucalıram”.
Dilşad Bəhruzqızı

Bizimlə əlaqə saxlayın