25 
apr
2025
12:44
43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Stomatologiya sahəsində monitorinqlər aparılacaq

25 apr, 2025
12:44
443

Stomatologiya sahəsində də monitorinqlərin aparılması gözlənilir. 
Turkdunyasi.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən komitə iclasında bildirib. 
“Səhiyyə naziri ilə söhbətimizdən bəlli oldu ki, estetik cərrahiyyə ilə bağlı problemlər ciddi olduğuna görə, onların monitorinqini ilk mərhələyə saldılar. Gələcəkdə ölkədə bütün ixtisaslar üzrə belə monitorinqlərin aparılması nəzərdə tutulub. Əminəm ki, stomatologiya sahəsində də monotorinq aparılacaq. Stomatoloji xidmətlər kifayət qədər vacibdir və insanların ən çox müraciət etdiyi sahədir”, - deyə komitə sədri qeyd edib. 

Bizimlə əlaqə saxlayın