25 
apr
2025
17:16
11

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Hava ilə bağlı - Xəbərdarlıq

25 apr, 2025
17:16
611

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Turkdunyasi.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Bizimlə əlaqə saxlayın