28 
apr
2022
14:58
78

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Reket-“jurnalist” Ata Abdullayev kassasiya şikayəti verib

28 apr, 2022
14:58
978

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə “Report”a onun vəkili Telman Abdıyev bildirib.
O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bizimlə əlaqə saxlayın