27 
mar
2022
21:37
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Roskomnadzor Rusiya mediasına Zelenski ilə müsahibəni dərc etməyi qadağan etdi

27 mar, 2022
21:37
360

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı müxalif jurnalistlərə müsahibə verib.
Rusiya senzurasının əsas orqanı olan Roskomnadzor dərhal müsahibənin yayımını qadağan edib.
“Bir sıra Rusiya KİV-i, o cümlədən xarici agent funksiyalarını yerinə yetirən xarici media Ukrayna prezidenti V.Zelenskidən müsahibə alıb. Roskomnadzor Rusiya mediasına xəbərdarlıq edir ki, bu müsahibəni dərc etməkdən imtina etsin. Məsuliyyət dərəcəsinin müəyyən edilməsi və tədbir görülməsi üçün müsahibə götürülmüş media orqanlarına qarşı yoxlamalara başlanıb”, - deyə qurumdan verilən açıqlamada bildirilib.
Mənbə: unian.net

Bizimlə əlaqə saxlayın