E-mail: [email protected]
BMT: “Ukraynada azı 1119 mülki şəxs həlak olub”
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, 24 fevral - 26 mart tarixləri arasında Rusiya - Ukrayna müharibəsində 3 milyon 821 min 49 qaçqının qonşu ölkələrə keçdiyi bildirilib.
Bu ölkələr arasında əsasən Polşa (2 milyon 267 min 103), Rumıniya (586 min 942), Moldova (381 min 395), Macarıstan (349 min 107) və Slovakiyanın (272 min 12) olduğu qeyd edilib.
Həmçinin, 21-23 fevralda 50 min insanın Donetsk və Luqansk vilayətlərindən Rusiyaya getdiyi vurğulanıb.
Digər tərəfdən, BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı Ukrayna daxilində də 6,5 milyon dinc sakinin didərgin düşdüyünü və beləliklə, qaçqın və məcburi köçkünlərin ümumi sayının 10 milyona çatdığını diqqətə çatdırıb.
Həmçinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 26-dək Rusiya - Ukrayna müharibəsində ən azı 1119 mülki şəxs həlak olub, 1790 mülki şəxs isə yaralanıb.
Mənbə: “Anadolu”