may
2025
14:12
77

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!

8 may, 2025
14:12
977

"Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, soğru aparmır”.

Turkdunyasi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli qeyd edib.

“Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa, cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir!” L.İsrəfilli vurğulayıb. O bildirib ki, mayın 7-də 22 fakt - kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib.

Bizimlə əlaqə saxlayın