10 
may
2025
14:51
118

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tərtərdə Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü qeyd edildi

10 may, 2025
14:51
8118

Tərtərdə Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü qeyd edildi

May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə  tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.

Turkdunyasi.az xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gülqoyma mərasimindən sonra  rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünün önünə gül dəstələri qoyub, onun həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.












Bizimlə əlaqə saxlayın