13 
may
2025
11:33
44

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ötən il 206 insan alveri cinayəti qeydə alınıb

13 may, 2025
11:33
844

Ötən il 206 insan alveri cinayəti qeydə alınıb.
Turkdunyasi.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.
206 insan alveri cinayətinin 78.1 faizi cinsi istismar (161), 21.4 faizi (44) insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, 0.5 faizi (1) isə məcburi əmək halında həyata keçirilmişdi.
Ötən il məhkəmə məsuliyyətinə 14 şəxs cəlb edilib.
Hesabatda qeyd olunub ki, 2005-2024-cü il aralığında 2 532 insan alveri cinayəti müəyyən olunub.
2005-2024-cü illərdə məsuliyyətə cəlb edilən 650 insan alverçisinin 522 nəfəri qadın, 98-i isə kişi olub.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bizimlə əlaqə saxlayın