14 
may
2025
18:03
50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gəncədə ACINACAQLI VƏZİYYƏT: Evlər su altında qaldı!

14 may, 2025
18:03
750

Gəncədə gecə saatlarından başlayan güclü külək və leysan ciddi fəsadlara səbəb olub.

Turkdunyasi.az xəbər verir ki, güclü yağışdan sonra gələn sel suları şəhərin bəzi ərazilərində evlərə dolub. 
Bu gün gecə saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə qərb bölgəsində və Gəncə şəhərində leysan xarakterli güclü küləklə müşahidə olunan yağışın yağması şəhərdə, xüsusilə də şəhərin Məshəti qəsəbəsində, Müşfiq Adıgözəlov III küçəsində ciddi problemlərə səbəb olub.  
Sel suların əraziyə dolması nəticəsində 10 evin həm zirzəmisinə, həm də evə ciddi şəkildə zərər vurmuşdur. 

Bizimlə əlaqə saxlayın