
Naftalanda Vətən müharibəsi qazisinin körpəsi ziyarət olunub-Foto

Vətən müharibəsi qazisinin körpəsi ziyarət olunub
Turkdunyasi.az xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin məsul şəxsləri qazi İlkin Tağıyevin yeni doğulmuş qız övladını ziyarət ediblər.
Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində şücaət göstərmiş qazilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğının davamı olaraq,
vətən müharibəsi qazisı İlkin Tağıyevin yeni doğulmuş qız övladı Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunub.
İcra hakimiyyətinin nümayəndələri qazimizin ailəsini ziyarət edərək şəhər rəhbərinin adından hədiyyələr təqdim ediblər. Görüş zamanı ailəyə xoş arzular çatdırılıb, körpəyə sağlam, firavan və xoşbəxt bir gələcək, valideynlərinə isə möhkəm cansağlığı arzu ediblər.
Ailə, bu ziyarətin dövlətimizin qəhrəmanlara və onların ailələrinə göstərdiyi yüksək diqqət və qayğının bariz təzahürü olduğunu bildirərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.