15 
may
2025
13:27

56

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İranla sərhəddə əməliyyat: 10 kq narkotik aşkarlandı - Foto

15 may, 2025
13:27
856
İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.
Bildirilib ki, mayın 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 10 kiloqram 320 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.