16 
may
2025
11:35
34

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gəlinini öldürməkdə təqsirli bilinən şəxs həbs oldu

16 may, 2025
11:35
1234

Tərtərdə 1990-cı il təvəllüdlü gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Turkdunyasi.az-ın məlumatına görə, Tərtər Rayon Prokurorluğu Ş. Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat göndərib. Təqdimat təmin edilib və Ş.Hüseynov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mayın 13-də saat 10 radələrində Tərtər rayonu, Poladlı kənd sakini 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə öldürülüb.
İlkin araşdırmalarla 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək gəlini Hafizə Rzayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumata görə, Ş.Hüseynov H.Hüseynovanı 24 bıçaq zərbəsi ilə qətlə yetirib.

Bizimlə əlaqə saxlayın