18 
may
2025
13:39

64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Avtomobil rayonun giriş qapısına çırpılıb: Yaralılar var

18 may, 2025
13:39
1264
Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Həmid İsrail oğlu Abdullayev, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Rəşad Rauf oğlu Quluzadə, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Ülvi Üzeyir oğlu Rzazadə, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Sabir Rasım oğlu Mövlamov yaralanaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.