20 
may
2025
08:42
34

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sumqayıtda avtobus minik maşını ila toqquşdu- Xəsarət alanlar var

20 may, 2025
08:42
934

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub.
Turkdunyasi.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı küçəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Cavid Abbasəli oğlu Murtuzovun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirhadi Mirismayıl oğlu Mirişovun idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobusun sərnişinləri - Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şəbnəm Akif qızı Şahbuzova, 1967-ci il təvəllüdlü İlahə Mürvət qızı Şahbalayeva, 1994-cü il təvəllüdlü Lamiə Gülasət qızı Şəmiyeva və 2007-ci il təvəllüdlü Nuray Sərxan qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Bizimlə əlaqə saxlayın