25 
may
2025
11:33
45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Göldə batmış şəxsin meyiti tapıldı

25 may, 2025
11:33
845

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Ələtli kəndi ərazisində yerləşən süni göldə bir nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Axtarışlar nəticəsində göldə batmış 1991-ci il təvəllüdlü Elman Teymurşah oğlu Nuriyevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın