30 
may
2025
09:57
66

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Balakəndə əməliyyat: qadın saxlanıldı - Foto

30 may, 2025
09:57
1266

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Turkdunyasi.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Yekəyev saxlanılıb. Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan G.İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2 412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın