30 
may
2025
10:10

29

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Avtomobil körpüdən aşdı: yaralı var

30 may, 2025
10:10
829
Zaqatalanın Əliabad qəsəbəsi ərazisində minik avtomobili aşıb, bir nəfər xəsarət alıb.
Turkdunyasi.az xəbər verir ki, Zaqatala rayonunun Əliabad qəsəbəsi ərazisində Abdulla Şabanovun idarə etdiyi QAZ-24 markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 56 yaşlı qəsəbə sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın təfərrüatları araşdırılır.