30 
may
2025
14:16
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Göygöldə qadının ölümünə səbəb olan AĞIR CƏZA

30 may, 2025
14:16
852

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü E.Yusibovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Turkdunyasi.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Yusibov dörd il müddətinə sürücülük hüququndan, yeddi il müddətinə isə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2022-ci il dekabrın 1-də Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb. VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə qarşıda gedən traktorun kotanına, sonra isə yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1990-cı il təvəllüdlü Bəsti Aslanova dünyasını dəyişib.
1988-ci il təvəllüdlü sürücü Elmir Yusibov və digər sərnişinlər - 1999-cu il təvəllüdlü Bayram Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev və 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanada müalicə olunublar.

Bizimlə əlaqə saxlayın