3 
iyn
2025
01:20

47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ölən məhkum cəzasının yarısını çəkibmiş

3 iyn, 2025
01:20
847
Xəbər verdiyimiz kimi, iyunun 1-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.
Turkdunyasi.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, o, Ucarın Yuxarı Şilyan kənd sakini Mövlam Mustafayevdir.
Mərhumun yaxınları bildirir ki, Mövlam Müstafayev 2020 - ci ildə qonşusu, Qəzənfər Musayevlə su üstündə yaranan mübahisədən sonra qonşusunu öldürüb. O, məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.