may
2022
09:20
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ələtdə zavod partladı - yaralanan var

1 may, 2022
09:20
1275

Bakıda xəsarətlə nəticələnən partlayış hadisəsi baş verib.
 
Turkdunyasi.az Report.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
 
Ələt qəsəbəsindəki zavodlardan birində qaz sızması nəticəsində baş verən partlayış zamanı fəhlə, 2001-ci il təvəllüdlü Həsənov Qulu Tural oğlu müxtəlif xəsarətlər alıb.
 
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarının küt travması, sol qolun sınığı diaqnozları qoyulub.
 
Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın