23 
iyn
2025
01:02
35

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağır qəzada iki bacı həlak oldu

23 iyn, 2025
01:02
935

Qubada baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralıların adları məlum olub.

Turkdunyasi.az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarova hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın