24 
iyn
2025
09:13

18

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

24 iyn, 2025
09:13
1218
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az-ın məlumatına görə, hadisə Tovuz rayon idman kompleksinin qarşısındakı yolda qeydə alınıb.
Həmin ərazidə hərəkətdə olan VAZ-2017 markalı avtomobil qarşıdan gələn "Opel" markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan 1982-ci il təvəllüdlü Akif Əliyev, 1978-ci il təvəllüdlü Eldar Ələsgərov, 2006-cı il təvəllüdlü Babək Huseynov, 2006-cı il təvəllüdlü Rafiq Qasımov, 2009-cu il təvəllüdlü Hüseyn Abdullayev və 2020-ci il təvəllüdlü Rüstəm Rüstəmov xəstəxanaya yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə məqsədi ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.