25 
iyn
2025
11:47
36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağsuda xarici ölkəyə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

25 iyn, 2025
11:47
1136

Ağsuda xarici ölkəyə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.

Turkdunyasi.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb. Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib. 
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə  Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın