may
2022
09:14
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ata və bir yaşlı oğlunu maşın vurdu

2 may, 2022
09:14
1280

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Turkdunyasi.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
 
Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və 1 yaşlı körpəsini vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
 
Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E. Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.
 
Hadisənin təfərrüatı araşdırılır

Bizimlə əlaqə saxlayın