15 
iyl
2025
09:47
96

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
"KamAZ" divara çırpıldı, sürücü öldü
15 iyl, 2025
09:47
1196
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az Axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.
"KamAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi nəticəsində mişar daşından hörülmüş divara çırpılıb. Hadisə nəticəsində yük avtomobilinin sürücüsü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlər alıb. Yaralı Xaçmaz rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.



