may
2022
15:57
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə çaya düşən avtomobildəki şəxsin xilasedilmə görüntüləri - YENİLƏNİB + VİDEO

3 may, 2022
15:57
12113

Şəki şəhərinin İnçə kəndində körpüdən aşaraq çaya düşən BMW markalı minik avtomobildəki şəxsin xilasedilmə görüntüləri yayılıb. 
Bununla bağlı videonu Fövqəladə Hallar Nazirliyi yayıb. 
Həmin görüntüləri təqdim edirik:

09:22
Şəkidə avtomobil körpüdən aşaraq çaya düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Şəkinin İnçə kəndində baş verib. BMW markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb və xilasedici köməyinə ehtiyac yaranıb.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın