31 
avq
2025
22:23

40

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ağdamda qəzada 5 nəfər yaralandı

31 avq, 2025
22:23
840
Ağdamda 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az-ın Report-a istinadən məlumata görə, yol qəzası Çəmənli kəndində qeydə alınıb.
"Toyota" markalı avtomobilin elektrik dirəyinə, sonra isə KİA markalı avtomobilə çırpılması nəticəsində rayon sakinləri; 1971-ci il təvəllüdlü Bayramov Xosrov Xəlil oğlu, 1999-cu il təvəllüdlü Bayramova Teyyubə Xosrov qızı, 1974-cü il təvəllüdlü Bayramova Gültəkin Ayxan qızı, 1969-cu il təvəllüdlü Qarayeva Nazilə Kəriş qızı və 1961-ci il Mehralıyeva Laləzar Mirzə qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.