sen
2025
13:17
46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

1 sen, 2025
13:17
946

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Turkdunyasi.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. 

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bizimlə əlaqə saxlayın