sen
2025
14:04
75

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxladı

3 sen, 2025
14:04
875

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxladı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Bu barədə Turkdunyasi.az-a DİN-nin Bərdə Regional qrupunun mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın